Go to content

HAVENT

Skip menu
Skip menu
HAVENT
Biz HAVENT şirkəti olaraq havalandırma avadanlıqlarının satışı və montajı üzrə fəaliyyət göstəririk...

KANAL TIPLI FANLAR VKK-M (ВКК-М)

Ümumi məlumatlar

• Geriyə əyilmiş qanadlı birfazalı asinxron mühərrik
• Mühərrik-çarx icra variantı: "Standart"
• Korpus materialı: sinklənmiş polad
• İşçi gərginlik: 1~230V
• Korpusun izolyasiya sinfi: IP54
• Dairəvi kanallar üçün fanın quraşdırılması: nipilli birləşmə ilə

Əsas istehsal olunan tipölçülər

100          125          160          200          250          315

VKK-M dairəvi kanallı çıxarış fanları

Dairəvi kanallı VKK-M fanlar dairəvi kəsimli hava kanalları ilə təchiz olunmuş kanallı havalandırma sistemlərində tətbiq olunur. Müxtəlif təyinatlı ventilyasiya şəbəkələrində istifadə oluna bilər: təlabat və çıxarış sistemlərində, lokal və ümumi hava mübadiləsi məqsədilə.
Kompaktlığı, etibarlılığı və optimal texniki göstəriciləri sayəsində dairəvi hava kanalları üçün nəzərdə tutulmuş kanallı fanlar, yaşayış, ictimai, inzibati və sənaye binalarında məcburi hava mübadiləsi sistemlərində geniş şəkildə istifadə olunur.
Bu avadanlığın istismara hazırlanması və işlədilməsi zamanı, elektrik qurğularının istismarı üzrə texniki təhlükəsizlik qaydalarına riayət olunmalıdır. Fanların torpaqlanması, elektrik qurğularının quruluş qaydalarına uyğun şəkildə aparılmalıdır. Quraşdırmaya yalnız müvafiq sənədlərlə tanış olan, təhlükəsizlik texnikası üzrə təlim keçmiş və kifayət qədər ixtisasa malik şəxslər buraxılır. Fan aqreqatlarının yerləşdirildiyi yerlər onların gələcək texniki baxış və xidmətinə əlçatanlığı təmin etməlidir.

Dairəvi kanallar üçün VKK-M kanallı fan

Dairəvi çıxarış fanları VKK-M monoblok konstruktiv quruluşa malikdir.
Sinklənmiş metal korpus daxilində geriyə əyilmiş qanadlara malik oxlu çarx yerləşir. Çarxın göbəyi birbaşa asinxron mühərrikin rotoru üzərinə preslənmişdir. Korpusun qorunma dərəcəsi – IP54. Dairəvi kanallı fanlar, həmçinin davamlı polimer korpusda da istehsal edilə bilər.
Asinxron mühərrik 220V şəbəkədən qidalanır. Klem qutusu enerji təchizatı üçün korpusun xarici hissəsində yerləşir.
VKK-M fanı, uyğun ölçülü dairəvi hava kanalları sistemində istənilən mövqedə, kanal arasına quraşdırılır. Birləşmə növü – nipilli tipdədir. Hava sızmasının azaldılması üçün izolyasiya lentləri və ya hermetiklərin istifadəsi tövsiyə olunur.
VKK-M fanının dairəvi hava kanalları sisteminə quraşdırılması zamanı aşağıdakı qaydalara riayət olunmalıdır:
  • Sovurma tərəfdəki düz hava kanalı hissəsinin uzunluğu – fanın bir diametrindən az olmamalıdır;
  • Hava üfürmə (çıxış) tərəfdəki düz hava kanalı hissəsinin uzunluğu – fanın üç diametrindən az olmamalıdır.
Bu düz hissələrdə hava axınına müqavimət yaradan filterlər, səsboğucular və digər havalandırma elementi yerləşdirilməməlidir.

VKK-M kanallı fanların istismar şəraiti

VKK-M dairəvi kanallı fanların istifadəsinə U iqlim zonasında, 2-ci quraşdırma kateqoriyası üzrə aşağıdakı şəraitdə icazə verilir:
Ətraf mühitin temperaturu – –20°C-dən +40°C-yə qədər.
İşçi mühit – küçə havası və ya otaq havası, maksimum tozluluq 0,1 q/m³-dən artıq olmamalıdır.
İşçi havada yapışqan, lifli, aşındırıcı və metallara kimyəvi cəhətdən aqressiv qarışıqların olması yolverilməzdir.
İşçi hava üçün maksimal temperatur – +60°C.
Fanların texniki xidməti sistemli şəkildə, qrafik üzrə müntəzəm aparılmalıdır – texniki vəziyyətindən asılı olmayaraq.
Uzunmüddətli fasiləsiz iş rejimində, fan hər 6 aydan bir texniki baxışdan keçirilməlidir.
Xidmətə başlamazdan əvvəl fan elektrik şəbəkəsindən ayrılmalıişçi çarxın fırlanması tam dayanmalıdır.
VKK-M dairəvi kanallı fanların model çeşidi
VKK-M seriyalı fanlar 100 mm-dən 315 mm-ə qədər 6 standart tipölçüdə təqdim olunur.
Bu ölçülər təsadüfi deyil – onlar dairəvi hava kanallarının standart ölçülərinə uyğun olaraq hazırlanır və havalandırma sistemində vahid xətt üzrə birləşməni təmin edir.
Biz sizə təyinat, real istismar şəraiti və ventilyasiya sisteminin aerodinamik hesablamaları əsasında dairəvi kanallı fan almağı təklif edirik.
Tələb olunan texniki xarakteristikaya uyğun olaraq, dairəvi kanallı fanların qiymətləri əhəmiyyətli dərəcədə fərqlənə bilər.
HAVENT MMC
Online
00:00
Salam 👋
Sizə necə yardımçı ola bilərəm?
Ofis ünvanı: Yasamal r-nu, Ş.Əzizbəyov 78 m 7
Anbar ünvanı: Nərimanov r-nu, Dərnəgül qəs. məhlə 1969
Mob1: +994 50 287 61 12
Mob2: +994 55 287 61 12
E-mail: office@havent.az
Copyright © Havent. All rights reserved.
Back to content